Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Wikipedia”nın işində nasazlıq yaranıb

“Wikipedia”nın işində nasazlıq yaranıb
3 dəfə Baxılıb
11 Sentyabr 2019 - 1:04

Dünyanın bir sıra ölkələrində “Wikipedia”nın fəaliyyətində problem yaranıb. Bu barədə məlumatı internet resurslarının fəaliyyətini müşahidə edən “Downdetector” saytı yayıb. Nasazlıqlar Bakı vaxtı ilə 03:54-də başlayıb. Problemdən daha çox ABŞ, Böyük Britaniya, Hollandiya, Almaniya, Fransa, Yunanıstan, İspaniya, Polşa, Serbiya, Xorvatiya, Rusiya və İsraildən olan istifadəçilər şikayət ediblər. Şikayətçilərin 93% saytın işində problem olduğunu, 6% isə resursa avtorizə ola bilmədiklərini bildiriblər.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]