Çinin ən böyük çip istehsalçısı Pentaqonu məhkəməyə verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
avq
2024
11:00

Çinin ən böyük çip istehsalçısı Pentaqonu məhkəməyə verib

16 avq, 2024
11:00
831

Çinin ən böyük çip istehsalçısı Pentaqonu məhkəməyə verib

Çinin ən böyük çip istehsalçılarından biri olan “Advanced Micro-Fabrication Equipment Inc” (AMEC) adının qara siyahıya salınması və ABŞ firmaları ilə əməkdaşlığın qadağan edilməsi ilə əlaqədar Pentaqonu məhkəməyə verib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

AMEC bildirib ki, şirkətin haqsız olaraq Çin Xalq Azadlıq Ordusu ilə əlaqələndirilməsi onun biznesinə və reputasiyasına xələl gətirib.

Çin şirkəti ABŞ-nin aparıcı firmaları, o cümlədən “Applied Materials Inc” və “Lam Research Corp.” ilə rəqabət aparır.

“Biz inanırıq ki, məhkəmə ədalətli qərar çıxaracaq”, - şirkətin açıqlamasında qeyd olunub.

Bizimlə əlaqə saxlayın