Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 9 % azalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2026
16:30
ff

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 9 % azalıb

03 iy, 2026
16:30
309

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 9 % azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət qurumlarına 457 kiberhücum indikatoru (IOC) müəyyən edib.

"Sizinxeber.az"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.

Kibertəhdidlərin 306-sı daxili araşdırma, 156-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyunda isə 38 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 25 % azdır.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Bizimlə əlaqə saxlayın

×
×