CATL elektrik təyyarələri üçün akkumulyatorların hazırlanmasına sərmayə qoyur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
avq
2024
19:00

CATL elektrik təyyarələri üçün akkumulyatorların hazırlanmasına sərmayə qoyur

03 avq, 2024
19:00
662

CATL elektrik təyyarələri üçün akkumulyatorların hazırlanmasına sərmayə qoyur

Çinin akkumulyator nəhəngi CATL elektrik təyyarəsi şirkəti “Autoflight”a milyonlarla dollarlıq sərmayə yatırıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Autoflight”ın avqustun 3-də dərc olunmuş məlumatında bildirilib.

Əldə edilən razılaşmalara əsasən, hər iki şirkət elektrik təyyarələri üçün nəzərdə tutulmuş innovativ akkumulyator sistemləri yaratmaq üçün səylərini birləşdirəcək. Əməkdaşlığın əsas məqsədi elektrik təyyarələrinin uçuş məsafəsini və yükgötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqdır.

Qeyd olunub ki, bu tərəfdaşlıq ekoloji cəhətdən təmiz aviasiya texnologiyaları sahəsində yeni perspektivlər açır və elektrik aviasiyasının inkişafında mühüm addım ola bilər.

Bizimlə əlaqə saxlayın