"Azercell Telecom" enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir
"Azercell Telecom" MMC ESG strategiyası çərçivəsində enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini davamlı şəkildə genişləndirir, bu istiqamətdə bir sıra önəmli layihələri uğurla həyata keçirir.
2022-2024-cü illərdə ümumilikdə 3,628 MWh enerji qənaəti qeydə alınıb. Bu göstərici Bakı-Abşeron zonasında enerji istifadəsində illik 9 %, digər regionlarda isə 11 % azalma ilə müşahidə olunub. Enerji səmərəliliyinin ekoloji təsiri də mühüm nəticələr göstərir - ümumilikdə 1 705-ton karbon emissiyası azaldılıb ki, bu da təxminən 81 190 ağacın atmosferə verdiyi faydaya bərabərdir.
Bu ilin yanvar ayından etibarən bütün şəbəkə məntəqələrində tətbiq olunan qabaqcıl enerji qənaəti texnologiyaları sayəsində isə bu ilin ikinci rübündə 198 MWh enerji qənaət olunub, 140-ton karbon emissiyasının qarşısı alınıb.
"Azercell"in günəş enerjisi layihələri də şirkətin bu strategiyası çərçivəsində əsas istiqamətlərdən birini təşkil edir. Hazırda mobil operatorun 3 700-dən artıq LTE baza stansiyasının 37-si günəş enerjisi ilə çalışan hibrid stansiyalardır. Onlardan 35-i Qarabağ ərazisində yerləşir. Bu stansiyalar vasitəsilə ötən il 300 000 kWh-dan çox günəş enerjisi istehsal olunub və bu enerjinin 95 %-i məhz Qarabağ bölgəsinin payına düşüb. Region üzrə orta aylıq enerji istehsalı 33 120 kWh təşkil edərək enerji tələbatının təxminən 14 %-ni qarşılamağa imkan verib.
"Azercell"in strateji yanaşması enerji səmərəliliyinin artırılması ilə yanaşı, həm də əməliyyat xərclərinin azaldılmasını, karbon izinin minimuma endirilməsini və texnologiyanın ekoloji baxımdan uyğunlaşdırılmasını hədəfləyir. Şirkət bu istiqamətdə fəaliyyətlərini genişləndirərək ölkədə yaşıl enerjiyə keçidi təşviq edir.
Oxşar xəbərlər
"Azercell Telecom" COP29-un telekommunikasiya tərəfdaşıdır
Elnur Soltanov: “Azərbaycanda karbon emissiyasının 70 %-i enerji sektorunun payına düşür”
IEA rəhbəri: "Enerji səmərəliliyi standartlarına yenidən baxılmalıdır"
Azercell yaşıl baza stansiyalarının sayını artırır
SOCAR və “Yokogawa Europe” enerji səmərəliliyi və dekarbonizasiyanı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








