“SİMA KYC” “Leobank”da
SİMA-nın “KYC” (Müştərini tanı) rəqəmsal həlli “Leobank” mobil tətbiqinə uğurla inteqrasiya edilib.
Artıq mobil tətbiqdən istifadə zamanı əlavə təhlükəsizlik yoxlaması tələb olunan hallarda “SİMA KYC”-nin üztanıma texnologiyası ilə şəxsiyyətin təsdiqlənməsi həyata keçiriləcək. Proses nəticəsində əməliyyatı icra edən şəxsin hesabın həqiqi sahibi olub-olmadığı müəyyən ediləcək. Əməliyyat yalnız hesab sahibinin şəxsiyyəti təsdiqləndikdən sonra davam etdiriləcək.
Yeniliyin əsas məqsədi rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, müştəri təcrübəsinin təkmilləşdirilməsi və müştərinin fiziki iştirakı olmadan aparılan əməliyyatlarda kiberdələduzluq risklərinin azaldılmasıdır.
Bu yenilik ilə SİMA məhsullarının inteqrasiya olunduğu Azərbaycan banklarının sayı 12-ə çatıb.
“SİMA KYC” haqqında
“SİMA KYC” (Know Your Customer – Müştərini tanı) rəqəmsal həllini AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 2023-cü ildə yaradıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.
SİMA-nın “KYC” həlli, maliyyə əməliyyatlarında şəffaflığı və etibarlılığı artırmaqla yanaşı, bank sektorunda müasir təhlükəsizlik standartlarının tətbiqinə də töhfə verir.
Oxşar xəbərlər
SİMA ilə taksi səfərləri daha etibarlı!
“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!
“MPAY” ödənişləri “SİMA İmza” ilə limitsiz və rahatdır!
“SİMA İmza” və “Yelo Bank”dan yenilik: sahibkar banka getmədən kredit alacaq
“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
-
XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - YENİLƏNİB
