Azərbaycanda bu il 26 hüquqi şəxsə texnopark rezidentliyi statusu verilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda bu il 26 hüquqi şəxsə texnopark rezidentliyi statusu verilib


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2-si xarici olmaqla, ümumilikdə 26 hüquqi şəxsə texnopark rezidentliyi statusu verilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən "İnnostart" layihəsinin yekun tədbirində bildirib.

Onun sözlərinə görə, yüksəksürətli internetin yayılması texnoparkların fəaliyyət imkanlarını texniki cəhətdən genişləndirib:"2023-cü ildə “Texnologiyalar Parkı haqqında nümunəvi Əsasnamə”yə edilmiş dəyişikliklərdən sonra 8-i xarici olmaqla, ümumilikdə 144 hüquqi şəxsə texnoparkdan kənar fəaliyyət üçün rezidentlik statusu təqdim olunub".

Nazir müavini qeyd edib ki, texnoparkdan kənar fəaliyyət göstərmək üçün rezidentlik əldə etmiş hüquqi şəxslərin bizneslərinin inkişafına dəstək vermək məqsədilə onlardan müvafiq statistik məlumatlar toplanılıb və həmin məlumatlara əsaslanaraq dəstək mexanizminin növbəti mərhələləri planlaşdırılıb:"Bu çərçivədə sözügedən şirkətlərin böyüməsinə və ixrac potensialının artırılmasına töhfə verəcək layihələrin həyata keçirilməsi nəzərdə tutulur".

Oxşar xəbərlər

Azərbaycanda hüquqi şəxs statusu almaq istəyən qurumlara qarşı tələb sərtləşdirilir
Samir Məmmədov: "Azərbaycanın vençur fondları 15 milyon dollardan çox kapital formalaşdırıb"
Azərbaycanda doqquz ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq - YENİLƏNİB
Azərbaycanda yüksəksürətli interneti olan təsərrüfatların sayı 3 milyona çatıb
Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər