Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb
sizinxeber.az xəbər saytı

Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir.

Bu barədə “Sizinxeber.az-Economics”ə XRİTDX-dən bildirilib.

Məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində XRİTDX tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 573 kiberhücum indikatoru müəyyən edilib. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb. Müəyyən edilmiş indikatorlardan 206-sı Xidmətin daxili araşdırmaları, 367-si isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.

XRİTDX-in daimi nəzarəti altında fəaliyyət göstərən dövlət elektron poçt xidməti üzrə bu ilin 7 ayı ərzində 7,455,124 elektron poçt emal olunub. Onlardan 6,103,281-i təhlükəsiz olduğundan istifadəçilərə çatdırılıb, 1,351,843-ü isə zərərli tərkibli müəyyən edilərək bloklanıb.

Qeyd edilib ki, XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir.

Oxşar xəbərlər

Bu ilin üçüncü rübündə dövlət qurumlarına 828 kiberhücum indikatoru müəyyən edilib
Ötən il dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb
XRİTDX-nin rəis müavini: Media qurumları kibertəhlükəsizlik məsələlərində diqqətli olmalıdır
XRİTDX: Dövlət qurumlarına müxtəlif növ kiberhücumlar olur
Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər