Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı iyulda 45 % azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı iyulda 45 % azalıb


Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 573 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Sizinxeber.az”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.

Kibertəhdidlərin 206-sı daxili araşdırma, 367-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyulda isə 69 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 45 % azdır.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Oxşar xəbərlər

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 % artıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı cüzi artıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 42 % artıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı apreldə 29 % artıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər