Azərbayan və Özbəkistan IT sahəsində birgə layihələri müzakirə edir
Azərbayan və Özbəkistan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fəal danışıqlar aparılır.
Bunu “Report”a müsahibəsində Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Oleq Pekos deyib.
“Startapların və rəqəmsal innovasiyaların dəstəklənməsi sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində “IT Park Uzbekistan” və “Sabah.Hub” (Azərbaycan) arasında birgə IT-habın yaradılması ilə bağlı aktiv danışıqlar aparılır. Bu, birgə startapların və innovativ layihələrin dəstəklənməsi, iki ölkənin ekspertlərinin iştirakı ilə təlim və akselerasiya proqramlarının keçirilməsi, perspektivli layihələrin aşkarlanması və onların beynəlxalq bazarlara çıxarılmasına yönəlmiş birgə hakatonların, "startup weekends" və demo günlərinin keçirilməsi üçün platforma olacaq”, - o bildirib.
O.Pekos vurğulayıb ki, “IT Park Uzbekistan”ın vençur bölməsi olan “IT Park Ventures” birgə akselerasiya proqramlarında iştirak edən startapların birgə maliyyələşdirilməsi, ixrac potensialı olan layihələrə yönəlmiş birgə investisiya alətlərinin, məsələn, birgə investisiya fondunun (co-investment fund) yaradılmasına açıqdır. Həmçinin, Azərbaycan və Özbəkistan startaplarının hər iki ölkədən və üçüncü bazarlardan investor sindikatları cəlb edə biləcəkləri beynəlxalq investisiya raundlarında iştirak məsələləri üzrə Azərbaycanın vençur fondları və institusional investorları ilə dialoqa maraq göstərilir.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan rəqəmsal texnologiyalar sahəsində praktiki əməkdaşlıq üçün böyük potensiala malikdir. “Hazırda isə bu dialoqun konkret fəaliyyətlərə keçə biləcəyi başlıca istiqamətləri müəyyən etmək olar. Prioritet layihələrdən biri “MyID Palm” texnologiyasının tətbiqi ola bilər. Sistem ovuc damarlarının unikal nümunəsini skan etməklə onu tanıyır və ödəniş əməliyyatını həyata keçirir. Bu texnologiya artıq Özbəkistanda tətbiq olunur. Bu həll xüsusilə ictimai nəqliyyatda, tibb və təhsildə aktualdır”.
Birinci müavin qeyd edib ki, Bakıda birgə pilot layihənin işə salınması və sonradan genişləndirilməsi təklif olunur. Özbəkistan texnologiya və işlənmiş yanaşmaları təqdim etməyə hazırdır. Azərbaycan isə onu öz SIMA rəqəmsal identifikasiya və imza platforması ilə inteqrasiya etməlidir. Mühüm addım məlumatların saxlanması və qorunması məsələləri də daxil olmaqla, texniki uyğunluq üzərində birgə iş olacaq. Belə bir layihə texnoloji həllərin mübadiləsi də daxil olmaqla, daha geniş rəqəmsal əməkdaşlıq üçün əsas ola bilər” – O.Pekos bildirib.
Müsahibənin mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Nazir müavini: "Azərbaycan və Özbəkistan birgə IT-hab yaradılması ilə bağlı danışıqlar aparır" - MÜSAHİBƏ
Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq
Özbəkistanlı nazir müavini: “İKT sahəsində birgə investisiya layihələrinə ehtiyac var”
Qazaxıstan və Özbəkistan BƏƏ və Çində beynəlxalq İT mərkəzləri açacaq
Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








