Azərbaycanda istifadə edilən əməliyyat sistemləri üzrə göstəricilər açıqlanıb
Ötən ay Azərbaycanda ən çox istifadə edilən əməliyyat sistemi “Android” olub.
"Sizinxeber.az-Economics" bu barədə “StatCounter”a istinadən xəbər verir.
Ay ərzində bu əməliyyat sisteminin ölkə üzrə bazar payı 57,92%-ə bərabər olub. Bu isə iyun ayı ilə müqayisədə 13,07 faiz bəndi, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 7,08 faiz bəndi azdır.
Bazar payına görə ikinci sırada “Windows”, üçüncü sırada isə “iOS” qərarlaşıb. “Windows” əməliyyat sisteminin ölkə üzrə bazar payı 18,33% təşkil edib. Bu bir öncəki ayla müqayisədə 6 faiz bəndi, illik müqayisədə 0,24 faiz bəndi çoxdur.
İyulda iOS əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı 13,55% olub. Bu isə aylıq müqayisədə 3,89 faiz bəndi, illik müqayisədə 2,36 faiz bəndi çoxdur.
“OS X” və “Linux” əməliyyat sistemləri bazar payına görə müvafiq olaraq dördüncü və beşinci yerləri tutub. “OS X” üzrə bazar payı 1,61% (aylıq 0,59 faiz bəndi, illik 0,21 faiz bəndi çox) təşkil edib. “Linux” üzrə bazar payı 1,27% (aylıq 0,47 faiz bəndi çox, illik 0,16 faiz bəndi az) olub.
Oxşar xəbərlər
Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb - "Facebook" kəskin geriləyib
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 4-cü aydır azalır
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı azalmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








