"Azərkosmos"un ixrac gəlirləri 11%-ə yaxın azalıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 34 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,8 milyon ABŞ dolları ilə Lüksemburq, 436 min ABŞ dolları ilə Nigeriya, 385,1 min ABŞ dolları ilə Türkiyə, 357,9 min ABŞ dolları ilə Misir qərarlaşıb.
Oxşar xəbərlər
"Azərkosmos"un ixrac gəlirləri açıqlanıb
"Azərkosmos"un ixrac gəlirləri 3,5% azalıb
“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb
"Azərkosmos"un ixrac gəlirləri 15% azalıb
Ötən il Azərkosmos dünyanın 50 ölkəsinə xidmət ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








