Azərbaycan paralimpiyaçıları I yarımildə 22 medal qazanıb
"Azercell Telecom"un dəstəyi ilə paralimpiyaçılar beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər
Bu ilin I yarısında Milli Paralimpiya Komitəsinin idmançıları "Azercell Telecom" MMC-nin dəstəyi ilə müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr göstəriblər. Komanda 6 qızıl, 6 gümüş və 10 bürünc olmaqla ümumilikdə 22 medal, eləcə də 2 feyr-pley mükafatı qazanıb.
Əldə olunan nailiyyətlər sırasında beynəlxalq yarışlarda qazanılan uğurlar xüsusi önəm daşıyır. Aprel ayında Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında parabadminton və paraüzgüçülük üzrə yarışan idmançılar 3-ü qızıl olmaqla ümumilikdə 9 medal və 2 feyr-pley mükafatına layiq görülüblər.
May ayında Tbilisidə təşkil olunan parapauerliftinq üzrə Dünya Kubokunda milli komanda 3 qızıl və 3 gümüş medal qazanaraq fəxri kürsüyə yüksəlib. Həmin ay Fransada baş tutan Dünya Seriyasında paraüzgüçü Əli Vəliyev bir neçə məsafədə şəxsi rekordlarını yeniləyərək ilk dəfə 400 metr sərbəst üzmə yarışında iştirak edib.
Parabadminton üzrə milli komandamızın üzvü İbrahim Əliyev Misir və Bəhreyndə keçirilən beynəlxalq turnirlərdə 3 bürünc medala layiq görülüb. Daha bir bürünc medalı isə Aslan Ərcan Xorvatiyada təşkil olunan Parakarate üzrə Gənclər Kubokunda qazanıb.
Parataekvondo idmançılarımız da beynəlxalq arenada uğurla çıxış ediblər. Türkiyə və Çində baş tutan yarışlarda Sabir Zeynalov və Orxan Cəfərov bürünc, paralimpiya çempionu İmaməddin Xəlilov isə gümüş medal qazanıb. İ.Xəlilovun idman karyerası barədə “Euronews” kanalı xüsusi reportaj hazırlayıb:
I yarımildə paralimpiya hərəkatına yeni üzvlər də qoşulub. Vətən müharibəsi qazisi Polad Rzayev dağ xizəyi üzrə İtaliya və Fransada təşkil olunan təsnifat yarışlarında iştirak edərək Beynəlxalq Xizək və Snoubord Federasiyasının reytinq siyahısına daxil edilib.
"Azercell Telecom" Milli Paralimpiya Komitəsi ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində paralimpiya idman nailiyyətlərinin artırılması ilə yanaşı, həm də cəmiyyətdə inklüzivliyin və bərabər imkanların təşviqinə töhfə verir.
Oxşar xəbərlər
Azərbaycan paralimpiyaçıları bu il 22 medal qazanıb
Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazanıb
Azərbaycanın güləş üzrə U-17 və U-20 milliləri bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıb
Azərbaycan taekvonduçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








