Rəşad Nəbiyev Füzulidə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Rəşad Nəbiyev Füzulidə vətəndaşları qəbul edib


Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Horadiz şəhərində Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarının sakinlərini qəbul edib.

“Sizinxeber.az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Oxşar xəbərlər

Rəşad Nəbiyev Saatlıda vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Neftçalada vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Samuxda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle