Nazir müavini: Qadınların İKT sektorunda iştirakını bir seçim deyil, zərurət kimi görürəm
Qadınların iştirak etdiyi startap komandaları daha uğurlu olur, onların İKT sektorunda iştirakı bir seçim deyil, zərurətdir.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “İKT-də Qadınlar” layihəsi çərçivəsində keçirilmiş “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.
O qeyd edib ki, bu, təkcə Azərbaycanda deyil, dünyada belədir:
"Əmək bazarında da gender balansının təmin olunması əmək məhsuldarlığını artırır, inklüziv iqtisadi artımı təşviq edir və rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşmasına təkan verir.
Hətta qeyd etməliyəm ki, ölkələrin innovasiya potensialını dəyərləndirən və beynəlxalq miqyasda nüfuzlu hesab olunan Qlobal İnnovasiya İndeksi kimi hesabatlarda da bu aspekt nəzərə alınır. Məhz bu indeksdə yer alan indikatorlardan biri – elmi dərəcəyə və yüksək ixtisasa sahib xanımların əmək bazarına inteqrasiyası – ölkənin innovasiya qabiliyyətini ölçən mühüm göstəricilərdən biridir.
Bir neçə ildir ki, bu göstərici üzrə Azərbaycanın mövqeyi 13.7 xalla 133 ölkə arasında 57-ci pillədədir. Bu, az deyil. Amma inanıram ki, bu bizim üçün kifayət deyil. Biz daha irəli pillələrdə olmalı, xanımları ölkənin innovasiya gündəliyinə daha fəal şəkildə cəlb etməliyik. Xanımlarımızı İKT, texnologiya və innovasiya sahələrində daha aktiv olmağa çağırıram. Onların bu sahələrdə iştirakını yalnız bir seçim deyil, bir zərurət kimi görürəm".
Oxşar xəbərlər
Bahar Muradova: Qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların yalnız 28 %-ni təşkil edir
Nazir müavini: "Hər bir kənd yüksək sürətli internetlə təmin ediləcək"
Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"
Azərbaycanda 38 şirkət BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
AMB maliyyə sektorunda gender bərabərliyinin artırılmasını hədəfləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













