Azərbaycanda superkompüter infrastrukturunun yaradılması yekunlaşmaq üzrədir
İqtisadiyyat Nazirliyi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək növbəti mühüm təşəbbüslərdən biri olan superkompüter infrastrukturunun yaradılmasını yekunlaşdırmaq üzrədir.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını, qərar qəbuletmə proseslərində simulyasiya imkanlarının genişlənməsini, eləcə də əsaslandırılmış arqumentlərə əsaslanan analitik yanaşmaların tətbiqini təmin edəcək.
M. Cabbarov əlavə edib ki, bu kimi təşəbbüsləri daha sistemli və davamlı şəkildə dəyərləndirmək məqsədilə Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası hazırlanıb: "Strategiya qlobal texnoloji trendləri və ölkənin inkişaf dinamikasını nəzərə alaraq, biznes, dövlət və cəmiyyət arasında sinerji yaratmaqla iqtisadiyyatın texnoloji transformasiyasını hədəfləyir".
Oxşar xəbərlər
Nazir: Ölkəmizin yeni iqtisadi modeli enerji ilə deyil, rəqəmsallaşma ilə formalaşır
4SİM-in “Sənaye 4.0 Hazırlıq Proqramı”ndan 2028-ci ilə qədər daha çox müəssisə yaralanacaq
Mikayıl Cabbarov: "Dayanıqlı iqtisadi inkişafda vergi xidmətinin böyük rolu var"
Azərbaycanda "E-KOB Evi" yaradılır
Cənubi Koreyada növbəti superkompüter yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













