Azərbaycanda “Radioelektron vasitələrə verilən icazələr” sistemi yenilənib
sizinxeber.az xəbər saytı

Azərbaycanda “Radioelektron vasitələrə verilən icazələr” sistemi yenilənib


Azərbaycanda yenilənmiş “Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Təqdimat zamanı iştirakçılara sistemin əsas funksionallığı, tətbiq edilən yeni texnoloji imkanlar, istifadəçi interfeysinin təkmilləşdirilməsi, həmçinin təqdim olunan xidmətlərin optimallaşdırılması barədə ətraflı məlumat verilib, sistemdən istifadə qaydaları ilə bağlı praktiki nümunələr təqdim olunub, real vaxt rejimində müraciətlər üzrə icra mexanizmi nümayiş etdirilib.

Həmçinin gələcəkdə funksionallığın daha da genişləndirilməsi, yeni xidmətlərin əlavə olunması və texniki dəstək imkanlarının təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verilib.

Müvafiq sahədə “Radioelektron vasitələrə verilən icazələr” sistemi üzərindən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə icazənin verilməsi, ixrac nəzarətinə düşən malların ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə xüsusi icazənin verilməsi, radiotezliklərin ayrılması, eləcə də radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsinin verilməsi ilə bağlı müraciətlərin qəbulu həyata keçirilir.

Oxşar xəbərlər

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır
Azərbaycanda ilin ilk rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib
AÖS-ün mobil tətbiqi üzərindən yeni istifadəçilərin qeydiyyatı dayandırılıb
Azərbaycanda "E-rüsum” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib
Energetika Nazirliyi I rübdə 40 icazə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle