Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir
Azercell və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində keçirilən “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” növbəti mərhələsini uğurla tamamlayıb. Layihə bu dəfə Lənkəran, Masallı və Sumqayıt şəhərlərini əhatə edib. Təlimlər nəticəsində ümumilikdə 150-dən çox məktəbli kiberməkanda qarşılaşa biləcəkləri risklər, təhlükəli halların qarşısının alınması yolları və təhlükəsiz rəqəmsal davranış qaydaları barədə biliklər əldə edib.
Sessiyalar beynəlxalq standartlara əsaslanan proqram çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri tərəfindən keçirilib. Təlimlər zamanı şagirdlərə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, onlayn fırıldaqçılıq və kiberbullinq halları ilə mübarizə yolları haqqında praktiki biliklər təqdim olunub. Real nümunələr əsasında keçirilən interaktiv məşğələlər isə iştirakçıların kibermühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşmasına töhfə verib.
Təlimlər haqqında ətraflı məlumat almaq üçün: https://www.youtube.com/shorts/3mEvMNaejHU
Qeyd edək ki, layihənin ilkin mərhələsində Xızı, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən təlimlərdə 226 şagird iştirak etmişdi. Beləliklə, “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” ümumilikdə 7 regionda 350-ə yaxın məktəblinin kibertəhlükəsizlik sahəsində maariflənməsinə xidmət edib.
Oxşar xəbərlər
Azercell-in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir
FHN işğaldan azad edilmiş ərazilərdəki məktəblərdə təlimlər keçirib - VİDEO
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













