Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı cüzi artıb
Bu ilin yanvar-iyun aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 504 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.
Kibertəhdidlərin 198-i daxili araşdırma, 306-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə iyunda isə 51 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 61 % azdır.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 262,92 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 12 milyon 366 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 61 482 zərərverici tərkibli elektron sənəd blok edilib.
Oxşar xəbərlər
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 42 % artıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 % artıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı apreldə 29 % artıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı mayda 61 % artıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













