"Azercell Telecom" və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” sosial layihəsi beynəlxalq mükafata layiq görülüb
sizinxeber.az xəbər saytı

"Azercell Telecom" və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” sosial layihəsi beynəlxalq mükafata layiq görülüb


Kampaniya 4 nominasiya üzrə finala yüksələrək iki medalla təltif olunub

“Azercell Telecom” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən “Doğru yol budur” sosial kampaniyası KIAF — Beynəlxalq Reklam Festivalında yüksək nəticə əldə edib. Layihə “Əməkdaşlıq və tərəfdaşlıqlar” və “Qeyri-kommersiya və xeyriyyə layihələri” kateqoriyaları üzrə gümüş medallara layiq görülüb.

Eyni zamanda, layihə “Korporativ imic və nüfuzun formalaşdırılması” və “Brendlərarası əməkdaşlıq” kateqoriyalarında da finala çıxaraq beynəlxalq reklam və yaradıcı sənaye mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

“Doğru yol budur” kampaniyasının məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq və onların asudə vaxtlarını sağlam həyat tərzi və idmanla dəyərləndirməyə təşviq etməkdir. Sosial təşəbbüs çərçivəsində Cüdo Federasiyasının məktəb və bölmələrində qeydiyyatdan keçən gənclərə cüdo ilə ödənişsiz şəkildə məşğul olmaq imkanı yaradılıb. Layihə əsnasında yeniyetmə və gənclər arasında geniş maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin daha çox toplandığı yerlərdə narkotik vasitələrdən istifadənin yıxıcı fəsadlarını əks etdirən təsiri posterlər yerləşdirilib.

Məşhur rep ifaçısı Orxan Zeynallının bu layihə üçün bəstələdiyi “Bir də gəlsəm” mahnısı sosial mediada milyonlarca baxış toplayıb. Mahnının klipini ölkənin aparıcı rejissorlarından biri olan Emil Quliyev çəkib.

Təşəbbüsün nəticəsində 900-ə yaxın gənc cüdo təlimlərinə qoşularaq zərərli vərdişlərdən uzaq durmağı seçib.

2000-ci ildən etibarən keçirilən KIAF qlobal reklam, media, PR və dizayn sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssisləri bir araya gətirən aparıcı platformalardan biri hesab edilir.

“Doğru yol budur” layihəsinin bu nüfuzlu festival tərəfindən mükafatlandırılması, onun sosial təsirinin və kommunikasiya strategiyasının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinin bir göstəricisidir.

Oxşar xəbərlər

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!
"Azercell" “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır
Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçilib
“DOST Müfəttiş” layihəsi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb
"Azercell" iki qızıl mükafata layiq görülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle