“Apple”, “Google”, “Facebook” və digər platformaların məlumatları sızdırılıb - XƏBƏRDARLIQ
sizinxeber.az xəbər saytı

“Apple”, “Google”, “Facebook” və digər platformaların məlumatları sızdırılıb - XƏBƏRDARLIQ


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ( XRİTDX ) kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar xəbərdarlıq edib.

Bu barədə “Sizinxeber.az-Economics” Dövlət Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, XRİTDX dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrin yaydığı məlumata əsasən, bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edir. Mövcud məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınmış ən böyük məlumat sızmalarından biri hesab olunur.

“Sözügedən məlumat bazasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bildirilir ki, bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları (“infostealer”lər) vasitəsilə toplanmış və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir” - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
XRİTDX-nin rəis müavini: Media qurumları kibertəhlükəsizlik məsələlərində diqqətli olmalıdır
XRİTDX: Dövlət qurumlarına müxtəlif növ kiberhücumlar olur
XRİTDX-nin işçilərinin maaşları yeni redaksiyada təsdiqlənib
Azərbaycanda kibertəhlükəsizlik günləri keçirilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle