Azərbaycan GSMA hesabatına görə mobil xidmətlər üzrə qabaqcıl ölkələrdəndir
Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2024-cü il üçün dərc edib.
"Sizinxeber.az" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, sənəd 173 ölkə üzrə mobil xidmətlərə qoşulma göstəricilərini əhatə edir.
Müvafiq hesabat 2015-ci ildən etibarən mobil xidmətlər sferasında baş verən əsas trendləri müşahidə etmək, inkişaf meyillərini təhlil etmək məqsədilə hazırlanır. Ümumilikdə yekun indeks mobil xidmətlərin infrastruktur, qiymət əlçatanlılığı, istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla 4 istiqamət üzrə 32 indikator əsasında hesablanır.
Hesabatın nəticələrinə əsasən, Azərbaycan ötən il indeks üzrə göstəricisini təqribən 3,07 artıraraq 73,8 indeks xalı toplayıb.
İndeks üzrə artım ölkənin mövqeyinə də təsir edib. Belə ki, 2023-cü illə müqayisədə 8 pillə irəliləyərək 65-ci pillədə olmaqla qabaqcıl (advanced) ölkələr sırasında qərarlaşıb. Əvvəlki il də Azərbaycan qabaqcıl ölkələr sırasında olub.
Hesabata 93,41 xala malik Danimarka başçılıq edir.
Oxşar xəbərlər
Azərbaycan mobil internetin sürətinə görə irəliləyib
Azərbaycan apreldə genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçəcək
Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













