“Hökumət buludu”na keçən dövlət qurumlarının sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

“Hökumət buludu”na keçən dövlət qurumlarının sayı açıqlanıb


Bu günə qədər 130-dan çox dövlət qurumunun informasiya sistemlərinin “Hökumət buludu”na tam və ya qismən miqrasiyası təmin edilib.

Bunu "Sizinxeber.az-Economics"ə müsahibəsində “AzInTelecom” MMC-nin idarə heyətinin sədri vəzifəsini icra edən Elxan Əzizov deyib.

O qeyd edib ki, ölkədə aparılan rəqəmsallaşma prosesinin nəticəsi kimi informasiya sistemlərinin də sayı periodik olaraq çoxalır:

"Odur ki, emal olunan məlumatların həcminin artmasını, “bulud” texnologiyaları sahəsindəki müasir tendensiyaları və süni intellektin inkişaf potensialını nəzərə alaraq, data mərkəzi infrastrukturunun inkişaf etdirilməsi məqsədilə beynəlxalq konsaltinq şirkəti cəlb edilməklə tərəfimizdən əsaslı araşdırma aparılıb. Araşdırma nəticəsində müəyyən olunub ki, artıq “bulud” texnologiyalarından istifadəyə tələbat kifayət qədər artıb və nəticə etibarilə Azərbaycanda yeni data mərkəzlərinin yaradılmasına ehtiyac olduğu müəyyən edilib. Yeni yaradılacaq data mərkəzlərin layihələri artıq “bulud” xidmətləri sahəsində beynəlxalq standartları müəyyən edən “TIER III Design”, eləcə də infrastrukturun ekoloji cəhətdən dayanıqlı olmasını müəyyən edən “LEED v4” beynəlxalq sertifikatı üçün tələb olunan ilkin “LEED” Hesabatı əldə edilib. Standartlara uyğun olaraq layihələndirmə işləri aparıldıqdan sonra layihənin icrası üçün ötən ilin sonlarında Avropa İnvestisiya Bankı (AİB) tərəfindən “AzInTelecom”a 43 milyon avro məbləğində kredit ayrılıb. Qeyd edim ki, bu, AİB tərəfindən Azərbaycanda ilk dəfə olaraq dövlət sektoruna ayrılmış kredit idi. Daha sonra data mərkəzlərinin inşası üçün relyef və lokasiya uyğunluğu müəyyən edilməklə Abşeron və Hacıqabul rayonlarında tikinti üçün hazırlıq işləri davam etdirilir".

Oxşar xəbərlər

SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb
Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Elm və Təhsil Nazirliyinin İT resursları “Hökumət buludu”na köçürülüb
Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle