İgidliyi ilə tarix yazan Vətən müharibəsi qəhrəmanı Cavid Mahmudov - VİDEO
İgidliyi ilə tarix yazan Vətən müharibəsi qəhrəmanı Cavid Mahmudov - VİDEO

İgidliyi ilə tarix yazan Vətən müharibəsi qəhrəmanı Cavid Mahmudov – VİDEO

İgidliyi ilə tarix yazan Vətən müharibəsi qəhrəmanı Cavid Mahmudov – VİDEO
Biləsuvarın Aşağı Cürəli kəndi Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun xatirəsinin əbədiləşdiyi ata yurdu, uşaqdan-böyüyə hər kəsin ehtiramla ziyarət etdiyi məkandır. 
Şanlı Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində onun da payı var. 
Oxuduğu məktəbdə, mərdliyi ilə sevildiyi kənddə heç kim bilmirdi ki, gələcəyin qəhrəmanı ilə üzə-üzə, çiyin-çiyinədir. Yüzlərlə igid şəhidimiz kimi onun da laylasını qulağına sanki anasından öncə Vətən pıçıldamışdı. 
Şəhid atası da qəhrəman oğlundan qürurla söz açır. Çiyinlərinin yükü nə qədər ağır olsa da, “Cavid arzusuna çatdı” deyir. Cavid Mahmudov tabeliyində olan əsgərlərə hər zaman “qisas alın yazımızdır” deyərmiş və bu alın yazısı 2020-ci il sentyabrın 27-də reallaşır. İlk azad olunan kəndlər, Cəbrayıla sancılan müqəddəs bayrağımız. Cavid də əsgərləri ilə öndədir. Canı, qanı bahasına həm tarix yazır, həm də adını tarixə yazır…
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Sizinxeber.Az

İgidliyi ilə tarix yazan Vətən müharibəsi qəhrəmanı Cavid Mahmudov – VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!