
iPhone 15 Pro və Pro Max Keyfiyyətli Konsol Oyunları Oynayacaq!

iPhone 15 Pro və Pro Max Keyfiyyətli Konsol Oyunları Oynayacaq!
iPhone 15 Pro və Pro Max Keyfiyyətli Konsol Oyunları Oynayacaq!
Apple iPhone 15 Pro və Pro Max versiyalarına daxil etdiyi A17 Pro çipi ilə "konsol səviyyəli oyun" vədini gerçəkləşdirir. Budur təfərrüatlar!
Apple-ın yeni seriyası iPhone 15 Pro və Pro Max mobil platformaya keyfiyyətli konsol oyunları gətirir . Bu inanılmaz performansın arxasında Apple A17 Pro çipi dayanır . Bu güclü çip şüa izləmə və MetalFX miqyasını yüksəltmə kimi premium xüsusiyyətlərə malikdir. O, həmçinin Apple-ın bu ilin sonuna qədər buraxmağı planlaşdırdığı bir sıra yeni oyunlarla gəlir.
Hansı Konsol Oyunları iPhone 15 Pro və Pro Max-a gələcək?
Ubisoft və Capcom , Apple ilə əməkdaşlıq edərək , iPhone 15 Pro və Pro Max üçün Resident Evil IV Remake və Resident Evil VIII Village kimi AAA keyfiyyətli oyunları təklif edəcək . Bu il də Death Stranding-in iPhone 15 Pro seriyası üçün buraxılacağı gözlənilir. 2024-cü ildə iPhone 15 Pro modelləri üçün Assassin's Creed Mirage, The Division: Resurgence və Gensin Impact oyunlarının buraxılması planlaşdırılır.

Apple A17 Pro-nun texnoloji üstünlüyü
Apple-ın A17 Pro çipi 6 nüvəli CPU-ya malikdir və əvvəlki modeli ilə müqayisədə 20% daha yüksək performans təklif edir. Bundan əlavə, GPU performansında irəliyə doğru böyük bir sıçrayış oldu . Apple bildirir ki, bu GPU-nun altı nüvəsi var və əvvəlki modeldən 20% daha sürətli işləyir. GPU-nun görkəmli imkanlarına mesh kölgələmə və aparat tərəfindən sürətləndirilmiş şüa izləmə daxildir.

Samsung bu ilin əvvəlində Galaxy S23 seriyası üçün aparatla sürətləndirilmiş şüa izləmə həllini təqdim etdi. Bununla belə , Apple A17 Pro şüa izləmə performansında dörd dəfə daha sürətlidir. Apple-ın nümayişində proqrama əsaslanan şüa izləmənin 10 FPS-dən aşağı bir performans təklif etdiyi, aparat sürətləndirilmiş həllinin isə 30 FPS təmin etdiyi görüldü.

Apple-ın yeni iPhone 15 Pro, bazarda ən yaxşı nəzarətçilərdən biri olan PS5-in Dual-Sense-i dəstəkləyir. MetalFX miqyasını yüksəltmə texnologiyası sayəsində iPhone 15 Pro nəinki daha sürətli işləyir, həm də daha az enerji sərf etməklə yüksək kadr sürətləri təqdim edir. Bu o deməkdir ki, batareyanın ömrü daha uzun olacaq. Bu və bənzər xüsusiyyətləri ilə Apple A17 Pro çipi mobil dünyanın ən güclü çipi kimi seçilir.
(Tərcümə: İzzət Qurbanov)