ilbet
Hərbi əməliyyatların koordinasiyası belə həyata keçirilib

Hərbi əməliyyatların koordinasiyası belə həyata keçirilib

Abunə Ol
Dekabr 21, 2021 22:05
Hərbi əməliyyatların koordinasiyası belə həyata keçirilib
0

BƏYƏNDİM

ABUNƏ OL

“Hərbi əməliyyatlar birmənalı olaraq Prezidentin vahid komandanlığı altında keçirilirdi. Hər gün təqdim edilən hərbi məruzələr Ali Baş Komandan tərəfindən dəqiqliklə öyrənilir və növbəti gün üçün yeni döyüş tapşırıqları verilirdi”.
“Qafqazinfo” xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov “Azərbaycan” qəzetinə müsahibəsində jurnalistin “Hərbi əməliyyatların koordinasiyası, komandanlığı necə həyata keçirilirdi?” sualına cavab verərkən deyib.
“Azərbaycan Ordusunun rəhbərliyi Prezidentin tapşırıqlarını planlaşdırır və uğurlu icrasını təmin edirdi. Düşmən qoşunlarına qarşı Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı keçirilir, yeni yaşayış məntəqələrinin azadlığı uğrunda döyüşlər aparılırdı. Döyüş əməliyyatları zamanı Prezident qeyd edirdi ki, “əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə sahibdir”.
Ali Baş Komandanın tapşırığı ilə mənim tərəfimdən mütəmadi xidməti müşavirələr keçirilir, cənab İlham Əliyevin strateji və taktiki tapşırıqları komandir-rəis heyətinə çatdırılır, əməliyyat planlarının gündəlik icrası və digər hərbi məsələlər müzakirə olunurdu”, – nazir qeyd edib.
O bildirib ki, əks-həmlə əməliyyatlarının mövcud vəziyyəti təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsi, torpaqlarımızdan qovulması istiqamətində göstərişlər verilirdi:
“Azad olunmuş ərazilərdə yerləşdirilən qoşunlara zəruri tədbirlərin görülməsi həvalə olunurdu. Azərbaycan Ordusuna arsenalındakı yüksəkdəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik müasir silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi infrastrukturuna böyük zərbələr endirməyi və əks-hücum əməliyyatları üçün əlverişli şəraitin yaradılmasını əmr etmişdim.
Vətən müharibəsindən sonra Ali Baş Komandan bildirmişdi ki, “biz əməliyyatların gedişini canlı rejimdə izləyirdik”. Həqiqətən də fasiləsiz koordinasiya nəticəsində cənab İlham Əliyev tərəfindən vahid komandanlıq həyata keçirilirdi. Bu prosesdə Prezident Azərbaycan Ordusunun rəhbərliyi ilə görüşməyə də xüsusi önəm verirdi.
Oktyabrın 7-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsinə gələn Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə operativ müşavirə keçirildi. Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirədə cənab Prezident hərbi nailiyyətləri vurğulamaqla yanaşı, əməliyyatların gedişində yaranan sualların dərhal həlli və döyüşlərin daha effektiv aparılması ilə bağlı göstərişlərini verdi. Planlaşdırılan növbəti əməliyyatlara hazırlıqla əlaqədar vəziyyəti öyrənərək müvafiq əmrlərini verdi.
Oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə növbəti operativ müşavirə keçirildi. Cəbhə xəttindəki vəziyyət, ordunun hərbi, mənəvi-psixoloji durumu, təminat və təchizat məsələləri, yeni əməliyyat planları barədə Ali Baş Komandana məruzə edildi. Prezident ən kiçik detallar və proseslərlə bir daha dərindən maraqlandı, dəqiqləşdirdi, müvafiq tapşırıqlarını və əmrlərini verdi. Ali Baş Komandan artıq Azərbaycanın həlledici qələbəsinin qaçılmaz olduğunu bəyan etdi.
Prezidentin dediyi kimi, Vətən müharibəsi Azərbaycan Ordusu üçün böyük təcrübə idi. Prezident döyüşlərin ilkin nəticəsi olaraq bundan sonra ordu quruculuğu prosesinin daha effektiv üsullarla həyata keçirilməsinin vacibliyini, silah arsenalının daha da zənginləşdirilməsini, ən əsası isə müharibənin nəticələrinin ətraflı təhlil edilməsini qarşımızda vacib vəzifə kimi qoydu.
Əsas hissəsi məxfi davam edən müşavirə barədə onu əlavə edə bilərəm ki, növbəti mərhələ üçün hərbi hədəfləri dəqiqliklə müəyyənləşdirən Ali Baş Komandan hərbi əməliyyatların daha səmərəli aparılması barədə tapşırıqlar verdi. Mənim və cəbhə bölgəsində yerləşən hərbi birlik komandirlərinin təkliflərini, fikirlərini öyrəndikdən sonra Prezident öz qərarlarını elan etdi. Bu müşavirənin nəticəsi olaraq bütün cəbhə boyu hücumlarımız daha kəskin və uğurlu oldu”.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.