ilbet
Həbib Nurməhəmmədov Azərbaycandan danışdı – VİDEO

Həbib Nurməhəmmədov Azərbaycandan danışdı – VİDEO

Abunə Ol
Dekabr 14, 2021 23:09
Həbib Nurməhəmmədov Azərbaycandan danışdı – VİDEO
0

BƏYƏNDİM

ABUNƏ OL

Həbib Nurməhəmmədov Azərbaycandan danışdı – VİDEO
Rusiyalı tanınmış MMA döyüşçüsü Həbib Nurməhəmmədov və onun komandası “Fitroo” brendilə əməkdaşlığa həsr olunmuş mətbuat konfransı keçirib.
Müvafiq video idmançının “YouTube” kanalında yayımlanıb.
Məşhur döyüşçü tədbir zamanı Azərbaycan və azərbaycanlı həmkarları barədə də danışıb.
Nurməhəmmədov həmyerlimiz Nəriman Abbasovun potensialını yüksək qiymətləndirib və onun UFC çempionatında rahatlıqla mübarizə apara biləcəyini söyləyib.
“Azərbaycanda boks, güləş, cüdo kimi idman növləri yaxşı inkişaf edib. Amma nədənsə MMA döyüşçüləri bir qədər azdır”,- deyə Həbib təəccüblənib.
Məğlubedilməz döyüşçü Azərbaycandan təklif alacağı təqdirdə böyük məmnuniyyətlə ölkəmizdə birgə layihələr həyata keçirəcəyini bildirib.
“Bakıda bir neçə dəfə olmuşam. Tarixi və sürətlə inkişaf edən bir şəhərdir. Mətbəxi xüsusilə qeyd etmək istərdim. Fəaliyyətdə olan idmançı orada çox qalmamalıdır. Elə yedizdirəcəklər ki, dərhal 3-4 kq artıq çəki alacaqsan. Çox yaxşı insanlardır. Bizim qonşularımızdır. Ömür boyu birlikdə yaşamışıq”, – deyə Nurməhəmmədov vurğulayıb.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.