Lənkərandakı ağır yol qəzasında xəsarət alanların son durumu açıqlanıb, 17 nəfər evə buraxılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
yan
2025
14:30
0
0
2 455
ff aaaaaaa

Lənkərandakı ağır yol qəzasında xəsarət alanların son durumu açıqlanıb, 17 nəfər evə buraxılıb

29 yan, 2025
14:30
2 455

Lənkərandakı ağır yol qəzasında xəsarət alanların son durumu açıqlanıb, 17 nəfər evə buraxılıb

Ötən gün Lənkərandakı ağır yol qəzasında xəsarət alanlardan 1 nəfərin müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində davam etdirilir.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, yaralıların vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan 24 nəfər (13 qadın, 10 kişi, 1 azyaşlı olmaqla) bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu ilə xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Müayinələrdən sonra 17 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul