Naxçıvanda ilin ilk körpələri əkiz olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
yan
2025
16:30
0
0
1 657
ff aaaaaaa

Naxçıvanda ilin ilk körpələri əkiz olub

01 yan, 2025
16:30
1 657

Naxçıvanda ilin ilk körpələri əkiz olub

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub.

Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.

Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul