Belçika Konqo DR-ə 20 min doza meymunçiçəyi peyvəndi verəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
sen
2024
21:00
0
0
2 000
ff aaaaaaa

Belçika Konqo DR-ə 20 min doza meymunçiçəyi peyvəndi verəcək

06 sen, 2024
21:00
2 000

Belçika Konqo DR-ə 20 min doza meymunçiçəyi peyvəndi verəcək

Belçika öz ehtiyatlarından Konqo Demokratik Respublikasına 20 min doza meymunçiçəyi peyvəndi verəcəyini açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Qlobal sağlamlıq və hamının səhiyyə xidmətinə ədalətli çıxışı təmin etmək məsələlərində beynəlxalq öhdəliklərə sadiqliyimizi təsdiq edərək Konqo DR-ə 20 min doza meymunçiçəyi peyvəndi verəcəyimizi bəyan edirik”, - məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl Fransa və Almaniya Afrika ölkələrinə 100 min doza, İspaniya isə 500 min doza peyvənd verəcəyini açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul