Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Haray filmin rejissoru Oruc Qurbanov”a niyə ev verilmir

featured

Haray filmin rejissoru Oruc Qurbanov dəfələrlə evnən bağlı müraciət edib lakin hələdə heçbir cavab gəlməyib.

Qeyd edək ki, Oruc Qurbanov bu illər ərzində Mədəniyyət Nazirliyinin sərəncamı ilə bir neçə teatrda baş rejissor vəzifəsində çalışıb. 1994-cü ildə ilk dəfə Xocalı soyqrımına həsr olunmuş “Haray” bədii film hazırlayıb, 1995-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş “Haqqa doğru” sənədli-bədii televiziya filmini çəkib. 2002-ci ildə Ümummilli Liderimiz H.Əliyevin fərmanı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

“Teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də çoxşaxəli fəaliyyət göstərir. On beş cild həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərinin müəllifidir. Hazırda Akademik Musiqili Teatrda bəstəkar Gövhər Həsənzadə və libretto müəllifi yazıçı-şair Əmir Pəhləvanın “Sevənlərindir dünya” tamaşasını hazırlayır.

O.İzzətoğlu (Qurbanov) evlə təminatı və Prezident təqaüdü almasına yardım edilməsini xahiş edib.

Qeyd edək ki, ötən gün mədəniyyət naziri Anar Kərimov keçirdiyi mətbuat konfransında dolayısı ilə bu müraciətə də aydınlıq gətirib. Nazir bildirib ki, Mədəniyyət Nazirliyinin ev vermək və yaxud sənət adamlarının qayğılarını qarşılamaq səlahiyyəti və imkanları yoxdur. Amma bununla bağlı layihə hazırlanır. Nazirin sözlərinə görə, fond yaradılması düşünülür və bu fond vasitəsilə ağır durumda olan sənət adamlarına dəstəyin göstərilməsi nəzərdə tutulur.
Mənbə: sizinxeber.az

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Haray filmin rejissoru Oruc Qurbanov”a niyə ev verilmir

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!