Sizin Reklamınız Burada ola bilər!
Hambarsumyan: “Azərbaycan həm Qarabağa, həm də Ermənistanın bütün əsas nəqliyyat arteriyalarına nəzarət edir”
Hambarsumyan: “Azərbaycan həm Qarabağa, həm də Ermənistanın bütün əsas nəqliyyat arteriyalarına nəzarət edir”

Hambarsumyan: “Azərbaycan həm Qarabağa, həm də Ermənistanın bütün əsas nəqliyyat arteriyalarına nəzarət edir”

Qafandan Cermuka (İstisu, Dərələyəz mahalı – red.) kimi bütün strateji yüksəkliklər Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir.
Bu sözləri ermənistanlı hərbi ekspert Van Hambarsumyan pastinfo.am kanalında yayımlanan “Fakt üzrə” verilişinin efirində deyib.
Onun sözlərinə görə, sözügedən yüksəkliklərin altından mühüm nəqliyyat arteriyaları keçir, bu yollar vasitəsi ilə Ermənistanın şəhərləri, hərbi hissələri təchizatla təmin edilir.
“Hazırda isə bütün bu kommunikasiyalar Azərbaycanın nəzarəti altındadır”, – deyə ermənistanlı hərbi ekspert vurğulayıb.
Aparıcının “Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacağı təqdirdə Qarabağı hansı aqibət gözləyir?” sualına V.Hambarsumyan belə cavab verib:
“Mən artsrunizmlə (Ermənistan Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Artsrun Hovannisyanı nəzərdə tutur – red.) məşğul olmayacağam və bir başa deyəcəyəm: Dağlıq Qarabağ məsələsi artıq bitib. Azərbaycan Qarabağın qalan hissəsini də götürəcək və bununla da məsələ sona çatacaq. Orada yaşayan ermənilər isə Ermənistana köçəcəklər.
Rusiya sülhməramlılarına gəlincə, onlar orada ən uzağı 2025-ci ilə qədər qala bilərlər, baxmayaraq ki, məncə, heç buna da ümid etməməliyik. Birincisi, sülhməramlılar orada əbədi deyil, ikincisi, onlar orada az şeyi həll edirlər. Tam səmimi deyirəm – Qarabağla bağlı məsələ bitib.
Baxmayaraq ki, mən Ermənistanın müharibəyə hazır olmadığına, qüvvələr balansının pozulduğuna dair xəbərdarlıq edirdim. Bütün Ermənistanda Azərbaycanın müharibədə qalib gələcəyini deyən bircə adam var idi, o da mən idim. İndi artıq çox gecdir, nə əkərsən, onu da biçərsən”.
Mənbə: Caliber.Az

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Hambarsumyan: “Azərbaycan həm Qarabağa, həm də Ermənistanın bütün əsas nəqliyyat arteriyalarına nəzarət edir”

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica