05
iy
2026
17:30
yuxarı
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Sizinxeber.az"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin M.S. Ordubadi küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub.
Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
×
×
