Bakıda divar uçdu, avtomobillər əzildi - Video
sizinxeber.az xəbər saytı

Bakıda divar uçdu, avtomobillər əzildi - Video


Bir neçə gün əvvəl paytaxt ərazisinə yağan aramsız yağışlar Nərimanov rayonu, Malik Məmmədov küçəsində yaşayan sakinlərə ciddi ziyan vurub.

Sizinxeber.Az Baku Tv-yə istinadən xəbər verir ki, bəzi evlərə və avtomobillərə ciddi ziyan dəyib. Bir neçə avtomobil demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.

Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, heç bir cavab almayıblar.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin binasının hasarı uçaraq mənim evimə də ziyan vurub. Yağışlı havalarda divarda çatlar əmələ gəlir və həmin çatlardan sular evin içinə daxil olur", - sakinlərdən biri söyləyib.

Başqa bir sakin isə bildirib:

"Təxminən 10 saniyə gec gəlsəydim, divar mənim üstünə düşəcəkdi, necə ki, bu maşınların üstünə düşüb".

Oxşar xəbərlər

Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurub - VİDEO
Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurub
Bakıda güclü külək avtomobilə və binaya ziyan vurub - FOTO
İsrailin zərbələri nəticəsində İranın İsfahan və Natanz nüvə obyektlərinə ciddi ziyan dəyib
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər