Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
sizinxeber.az xəbər saytı

Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib


Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Molla Pənah Vaqif küçəsi ilə Mirzə Məhəmməd Axund küçələrinin kəsişməsində baş verib.

Belə ki, şəhər sakini, 1969-cu il təvəllüdlü Vüqar Bağırov idarə etdiyi avtomobildə hərəkətdə olarkən sükan arxasında qəfil ürəktutması keçirib. Nəticədə nəzarətdən çıxan avtomobil yol kənarındakı mağazaya çırpılıb. Hadisə yerinin tədqiqindən sonra meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Abşeronda 25 yaşlı sürücü sükan arxasında ölüb
Gəncədə infarkt keçirən sürücü qəza törədib - YENİLƏNİB
Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - Video
Şirvanda avtomobil hasara çırpılıb, sürücü ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər