DYP-nin şöbə rəisi: Ölümlə nəticələnən yol qəzalarının yarısı piyadavurma hallarıdır
sizinxeber.az xəbər saytı

DYP-nin şöbə rəisi: Ölümlə nəticələnən yol qəzalarının yarısı piyadavurma hallarıdır


Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı piyadavurma hallarının payına düşür.

"Sizinxeber.az" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib.

O bildirib ki, yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin davranışı ilə deyil, hərəkətdə iştirak edən hər kəsin məsuliyyəti ilə təmin olunur. Bu baxımdan piyadaların davranışı da ümumi təhlükəsizlik mühitinə birbaşa təsir göstərir:

"Aparılan təhlillər göstərir ki, ölkəmizdə baş verən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı piyadavurma hallarının payına düşür. Bu göstərici piyadaların yol hərəkətindəki davranışına daha diqqətlə yanaşmağın vacibliyini ortaya qoyur.

Təəssüf ki, bəzi hallarda piyadalar tərəfindən yolu nəzərdə tutulmayan yerlərdən keçmək, hərəkət hissəsinə qəfil daxil olmaq, diqqəti yayındıran vasitələrdən istifadə etmək kimi davranışlara yol verilir. Bu cür halların hər biri isə riskin artmasına səbəb olur.

Nəzərə almaq lazımdır ki, yol hərəkətində üstünlük hüququ hər zaman təhlükəsizlik demək deyil. Ən vacib amil diqqətli olmaq, vəziyyəti düzgün qiymətləndirmək və qaydalara əməl etməkdir. Çünki baş verən toqquşmalarda ən ağır nəticə ilə üzləşən tərəf məhz piyadalar olur.

Yol hərəkəti qaydaları insan həyatının qorunmasına xidmət edir. Bu qaydalara əməl etmək isə hər birimizin üzərinə düşən məsuliyyətdir".

Oxşar xəbərlər

Yol polisi piyadalara müraciət edib
DYP: Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması faciələrə səbəb olur
Üç gündə yağışla bağlı yol qəzalarında 4 nəfər ölüb, 7 piyadanı maşın vurub
Yol polisi səkiylə hərəkət edən sürücülərə xəbərdarlıq edib
DYP qeyri-sabit hava şəraiti ilə bağlı piyadaları ehtiyatlı olmağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər