Xəbər verdiyimiz kimi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.
TƏBİB-dən Axşam.az-a verilən məlumata görə, onun ölüm səbəbi ürəktutması olub.
“1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb” deyə, bildirilib.
Qeyd edək ki, ailəsinin sözlərinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.