Sizin Reklamınız Burada ola bilər!
featured

Görkəmli rejissor Oruc Qurbanovun doğum günüdür

Bu gün görkəmli teatr və kino rejissoru, “Əməkdar incəsənət xadimi”, “Qızıl Dərviş” mükafatı laureatı Oruc Qurbanovun (İzzətoğlu) 73 yaşı tamam olur.

Sizinxeber.az xəbər verir ki, Oruc Qurbanov 24 iyul 1949-cu ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunun “Dram və Kino aktyorluğu” ixtisası üzrə təhsil alıb, 1979-80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A.V.Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirib. 50 ildir teatr, kino, ədəbiyyat, radio və televiziya sahələrində çalışır. Onlarla teatr, radio-televiziya tamaşalarına quruluşlar verib. Ayrı-ayrı illərdə respublikanın dövlət teatrlarında baş rejissor vəzifələrində çalışıb. 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş “Haray” bədii filmini çəkib. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olub.

O, teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərir. On iki cild həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir. Bu əsərlər bir çox mötəbər ədəbi məclislərdə, Qafqaz Müsəlmanlar İdarəsi Elmi-dini Şurasında müzakirə edilib, mütəxəssislər tərəfindən layiqli qiymətini alıb.

2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlal Paşayevin “Dirilən adam” romanı əsasında müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu tamaşa ilin ən uğurlu tamaşası və Oruc İzzətoğlu ilin ən yaxşı rejissoru kimi “Qızıl Dərviş” mükafatına layiq görülub. 2007-ci ildə Musiqili Komediya Teatrında Ə.Əmirlinin “Yeddi məhbusə anası” tamaşasına quruluş verib. 2007-ci ildə xalq yazıçısı İ. Əfəndiyevin “Geriyə baxma, qoca” romanı əsasında yazıçı Elçinlə birgə Qarabağ tarixinə həsr edilmiş eyniadlı dram əsərini başa çatdırıb. Molla Nəsrəddinin 800 illiyi münasibətilə “Molla Nəsrəddinin Teymurləngi ram etməsi” kinoromanını və teatr üçün eyniadlı xalq məzhəkəsini yazıb.

Musiqili Komediya Teatrının dəvəti ilə 2007-ci ildə C.Quliyev, Ə.Əmirlinin “Yeddi məhbusə anası”, 2009-cu ildə müəllifi olduğu “Diqqət! Şəhərdə manyak var!” liberettosuna quruluş verib. Son ədəbi işi “Ağa Məhəmməd şah Qacar” kinoromanıdır.

O.Qurbanov 2002-ci ildə H.Əliyevin fərmanı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 10 ildir Prezident mükafatına layiq görülüb. 2010-cu ildə Qurbanov İrəvan Dövlət dram teatrının baş rejissoru olub.

2017- ci ildə Mədəniyyət Nazirliyinin göndərişi ilə Lənkəran Dövlət Dram teatrına baş rejissor təyin olunub.

Əməkdar incəsənət xadimini doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı və işlərində uğurlar arzulayırıq.

 

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Görkəmli rejissor Oruc Qurbanovun doğum günüdür

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica