Futbolçu zəlzələ anında yaşadıqlarını danışdı
Futbolçu zəlzələ anında yaşadıqlarını danışdı

Futbolçu zəlzələ anında yaşadıqlarını danışdı

Türkiyədə baş verən zəlzələdə ən çox zərər görənlərdən olan “Hatayspor”un futbolçusu Saba Lobjanidze yaşadığı qorxu dolu anlardan danışıb.

Axşam.az xəbər verir ki,  Saba Gürcüsta mediasına zəlzələ zamanı çox qorxduğunu deyib:

“Zəlzələ olanda evdə idim. Bütün şəhər yatırdı. Səhər saat 4 idi və zəlzələ 2 dəqiqə davam etdi. Yaşananları sözlərlə ifadə edə bilmirəm. Evdən güclə çıxdım. Bina tam çökmədia, amma tavan və içindəki hər şey çökdü. Səkkizinci mərtəbədə qalıram. Qorxulu idi, yer hərəkət edirdi. Göydə bir şey parıldayırdı və yerdən qorxulu səs gəlirdi”.

Futbolçu bildirib ki, özü zəlzələdən sağ xilas ola bilsə də, psixoloji sarsıntı yaşayıb:

“Klubdakı hər kəsin evi yıxılıb. 11 mərtəbəli binanın 9-cu mərtəbəsində Atsu, 5 və 7-ci mərtəbədə isə digər oyunçularımız və texnik direktorumuz yaşayırdı. Möcüzə nəticəsində sağ qalanlar oldu. Stolun altına giriblər, həmin gün xilas edildilər. Stress içindəyəm. Uşaqlarını axtaran ana və ataları görəndə qorxu dolu anlar yaşayıram”.

Qeyd edək ki, hazırda dağıntılar altında qalan futbolçu Kristian Atsunun xilas ediləcəyi an gözlənilir. 

Sizinxeber.Az

Futbolçu zəlzələ anında yaşadıqlarını danışdı

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!