Pele: Maradona kimi dostları itirmək kədərlidir - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

16 Ocak 2021 - 21:45

Pele: Maradona kimi dostları itirmək kədərlidir

Pele: Maradona kimi dostları itirmək kədərlidir
ƏLAVƏ OLUNUB :

25 Noyabr 2020 - 22:32

“Futbol kralı” Pele əfsanəvi futbolçu Maradonanın ölümünə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə Pele “Reuters”ə açıqlamasında deyib.

“Belə dostları itirmək kədərlidir. Şübhəsiz, biz bir dəfə topu harada isə səmada təpikləyəcəyik”, – Pele qeyd edib.

Qeyd edək ki, futbolsevərlər, idman azarkeşləri, habelə bu sahənin mütəxəssisləri məhz onların arasında bütün vaxtların ən yaxşı futbolçusunu aşkar etməyə çalışaraq braziliyalı ilə Maradonanı daim müqayisə edirdilər.

Dieqo Maradona bu gün 60 yaşında ürək tutmasından ölüb.

Maradona “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz” klublarında çıxış edib. O, 91 matçda iştirak edib və Argentina yığmasının heyətində 34 qol vurub. Maradona eləcə də 2008-ci ildən 2010-cu ilə qədər Arqentina milli komandasına başçılıq edib.

Argentina prezidenti Alberto Fernandes əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü əlaqədar olaraq ölkədə üçgünlük matəm elan edib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.