Haqqımızda Reklam
ru
08 
may
2025
21:30

Azərbaycan karateçiləri dünya çempionatının ilk günündə 3 medal qazanıblar

08 may, 2025
21:30
584

Azərbaycan karateçiləri dünya çempionatının ilk günündə 3 medal qazanıblar

Azərbaycanın ənənəvi karate milli komandası Polşanın Pulavı şəhərində keçirilən Fudokan üslubu üzrə 10-cu dünya çempionatının ilk günündə 3 medal qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, böyüklər arasında Hacıəli Vəlizadə (80 kq) və 21 yaşadək idmançılar arasında mübarizə aparan Vüsal Seyidov (60 kq) qızıl medala sahib çıxıblar.

Veteranların yarışında isə Siyavuş Bayramov (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, Fudokan karate üzrə dünya çempionatı 4 ildən bir keçirilir və bu ilki turnir mayın 11-də yekunlaşacaq.

Bizimlə əlaqə saxlayın