aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Azərbaycanın dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycanın dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib


Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib.

"Sizinxeber.az" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 36 dövlət qurumundan 114 əməkdaş iştirak edib.

Yekun nəticələrə görə, qadınlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nərgiz Nəsirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aynur Məmmədova (Fövqəladə Hallar Nazirliyi) və Nigar İsmayılova (DİN) növbəti pillələrdə yer alıblar.

Kişilər arasında İlham Səfərov (DİN) birinci olub. Ayaz Kərimov (Azərbaycan Hava Yolları) yarışı ikinci, Zülfüqar Babayev (DİN) isə üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, yarış noyabrın 6-da keçirilib.

Oxşar xəbərlər

FHN-in əməkdaşı atıcılıq yarışında gümüş medal qazanıb
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib
Bakıda atıcılıq üzrə Zəfər Kuboku start götürüb
Stend atıcılığı üzrə Bakı çempionatına start verilib
Dövlət qurumlarının əməkdaşları arasında yarış keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər