Azərbaycanın ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb


Azərbaycanın ağırlıqqaldıranı Əli Şükürlü (109 kq) Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək atletlər arasında keçirilən Avropa birinciliyində 3 medal qazanıb.

"Sizinxeber.az" Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisinin ən ağırçəkili üzvü birdən qaldırma hərəkətində 173 kq nəticə göstərərək Avropa birinciliyinin gümüş medalını qazanıb.

Təkanla qaldırma hərəkətində 201 kq ağırlığı başı üzərinə qaldıran idmançı bu dəfə bürünc medala sahib olub.

Ə.Şükürlü toplam çəkidə də ən güclü "üçlüy"ə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticəyə imza ataraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Oxşar xəbərlər

Azərbaycanın qadın ağırlıqqaldıranı Avropa birinciliyində iştirak edib
Azərbaycanlı atlet Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb
Azərbaycan atleti Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb
Avropa birinciliyi: Azərbaycan atleti 1 qızıl və 2 gümüş medal qazanıb
Azərbaycanın daha bir boksçusu Avropa çempionatının gümüş medalını qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle