18
sen
2024
15:00

yuxarı
Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Sumqayıtda idmançılarla görüşüb

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Sumqayıtda idmançılarla görüşüb
Azərbaycanda səfərdə olan Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Mouran Sumqayıt şəhərindəki “Qarabağ NN” klubuna baş çəkib.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, funksioner idmançılara yaradılan şəraitlə tanış olub, tövsiyələrini verib, karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, qitə idman qurumunun rəhbərinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.