Sizin Reklamınız Burada ola bilər!
featured

“Fransanın vasitəçiliyi qəbulolunmazdır”

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə AB-nin səylərini dəstəkləyir. Bu baxımdan, siz xalqlarımızın mənafeyinə şəxsi sadiqliyimə arxalana bilərsiniz”. Bu barədə Fransa Prezidenti Emmanuel Makron Ermənistan Prezidenti Vaaqn Xaçatryana göndərdiyi məktubunda bildirib. Belə görünür ki, Makron hələ də ATƏT-in Minsk qrupu xülyası ilə yaşayır.

“Son dövrlər Ermənistanın təkidi ilə Fransa və ABŞ regionda çox aktivləşib. Bu yaxınlarda Paşinyan-Makron görüşüdə diqqətlə izlənildi. Digər tərəfdən Fransa-Ermənistan münasibətlərinə nəzər salmalıyıq. Məlumdur ki, Fransa hər zaman Ermənistanı dəstəkləmişdir. İkinci Qarabağ müharibəsində də bu dəstək müşahidə olundu və açıq şəkildə Fransa ermənipərəst mövqedən çıxış edirdi. Baxmayaraq ki, həmin dövrdə Fransa ATƏT-in Minsk qrupundakı vasitəçilik mövqeyindən çıxış etməli idi. Birtərəfli qaydada Ermənistanın dəstəklənməsi, vasitəçiliklə bağlı irəli sürülən bütün təşəbbüsləri mənasız edir və reallıqlardan uzaqlaşdırır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq İlyas Hüseynov danışıb. O, qeyd edib ki, Azərbaycan Vətən müharibəsində yeni reallıqlar formalaşdırdı. Bu gün diplomatik siyasi gündəmi Azərbaycan müəyyənləşdirir.

İlyas Hüseynov İlyas Hüseynov

“Müəyyən maraqlarımız çərçivəsində proseslər icra olunur. Makron həm də hazırda Avropa İttifaqı sədrliyini həyata keçirir. Ona görə də Avropa İttifaqının regionda sülh istiqamətində təşəbbüsləri qeyd olunarkən, Avropa İttifaqının sədrliyini həyata keçirən Makronu biz burada vasitəçi kimi nəzərdən keçirə bilərik. Lakin bu yalnız hipotetik bir vasitəçilikdir. Eyni zamanda ATƏT-in Minsk qrupu çərçivəsində hansısa formada Fransanın vasitəçiliyi qəbulolunmazdır və geosiyasi proseslərdən tamamilə uzaqdır” – deyə politoloq bildirib.

İlyas Hüseynov hesab edir ki, Ermənistan ATƏT-in Minsk qrupu formatında danışıqların bərpa olunmasına çalışır. Lakin, bütün bu istəklər yalnız istək olaraq qalmaqdadır. Eyni zamanda Fransa prezidenti Ermənistanın Baş naziri ilə keçirdiyi görüşlərdən sonra prezident İlham Əliyevlə telefon əlaqəsi yaratmışdır. Avropa İttifaqı çərçivəsində həyata keçirilən sülh təşəbbüsləri bu təmasda dəstəkləmişdir.

Politoloqun fikrincə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sülh gündəliyinə uyğun olaraq sülh müqaviləsi mətni ətrafında müzakirələr aparmaq üçün yeni görüş təyin ediblər və bu görüş çox önəmli xarakter daşıyır. Çünki, Azərbaycanın iləri sürdüyü 5 maddəlik təklif Ermənistan tərəfindən qəbul olunub. Rəhbərliyi sülh müqaviləsinin mətni ətrafında praktiki səviyyədə müzakirələr aparacaqlar.

“Qarşıda bizi həmdə Praqada mühim bir görüş gözləyir və bu görüşdə böyük ehtimalla Azərbaycan, Türkiyə və Ermənistan liderləri görüşəcəklər. Bu görüşdə baş tutsa, bu Azərbaycanın və Türkiyənin regional sülh və təhlükəsizlik mövqeyi nəzərdən mühim bir görüş kimi qeydə alınacaq. Ermənistan əgər sülh proseslərində səmimidirsə, onda bu görüşdə iştirak etməlidir” – deyə İlyas Hüseynov əlavə edib. Onun sözlərinə görə, Türkiyənin regional sülh naminə çox güclü səyləri vardır. Vətən müharibəsindən sonra Türkiyənin mövqeyi Cənubi Qafqazda çox möhkəmlənib.

Politoloq hesab edir ki, digər önəmli xüsus bundan ibarətdir ki, Türkiyə Ermənistan diplomatik görüşləridə həyata keçirilir. Moskvada və Vyanada mühüm razılaşmalar əldə olunub. Bu səbəbdən də Avropa İttifaqı regional sülhə töhfə verir və bu yanaşmalar ardıcıl olmalıdır. Ermənistanın sülhə məcbur edilməsi kontekstində icra edilməlidir.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“Fransanın vasitəçiliyi qəbulolunmazdır”

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica