Azərbaycan güləşçisi Birgül Soltanova reytinq turnirində bürünc medal qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2026
01:00
ff aaaaaaa

Azərbaycan güləşçisi Birgül Soltanova reytinq turnirində bürünc medal qazanıb

18 iy, 2026
01:00
135

Azərbaycan güləşçisi Birgül Soltanova reytinq turnirində bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

"Report" xəbər verir ki, yarışın 3-cü günündə 3 güləşçimiz xalçaya çıxıb.

Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub.

B. Soltanova kanadalı Miki Roubottoma "tuş"la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.

Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və 2 qat Avropa çempionu Nesrin Başa uduzub – 0:10.

Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul