Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
iy
2026
22:47
ff aaaaaaa

Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb

17 iy, 2026
22:47
177

Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

"Report" xəbər verir ki, yarışın 3-cü günündə 3 güləşçimiz xalçaya çıxıb.

Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub.

B. Soltanova kanadalı Miki Roubottoma "tuş"la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.

Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və 2 qat Avropa çempionu Nesrin Başa uduzub – 0:10.

Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul