Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar


Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından "Report"a bildirilib ki, son yarış günündə 5 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Finaladək bütün görüşləri vaxtından əvvəl qələbəylə başa vuran Yusif Abdullayev (38 kq) son qarşılaşmada da ənənəsinə sadiq qalıb. Rezi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələn həmyerlimiz Avropa çempionu olub.

Elman İsmayılov (41 kq) finalda bolqarıstanlı Simyon Velikova 4:15 hesabıyla uduzub və gümüş medalı boynundan asıb.

Məhəmməd Kərimov (44 kq) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6) qalib gələrək bürünc medal qazanıb.

Adəm Quliyev (52 kq) finalda rusiyalı Badruddin Maqomedova 7:9 hesabıyla məğlub olub və yarışı ikinci pillədə başa vurub.

Yusif Hüseynov (62 kq) isə bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Najmudinovu üstələyib – 5:0.

Beləliklə, sərbəst güləş Azərbaycan millisi qitə birinciliyində 6 medal əldə edib. Xatırladaq ki, ötən gün Elvin Necəfzadə (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oxşar xəbərlər

İbrahim Avropa çempionu olub, Tunar bürünc medal qazanıb
Azərbaycan güləşçisi Əli Cavadlı U-17 Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan güləşçiləri Belarusda üç medal qazanıblar
Avropa çempionatı: İdmançılarımız bir gündə 5 medal qazandı
İki güləşçimiz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər