Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2026
11:30
ff

Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq

07 may, 2026
11:30
789

Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq

Azərbaycanın paraüzgüçüləri Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə başlayır.

Milli Paralimpiya Komitəsindən "Sizinxeber.az"a verilən məlumata görə, yarışda ölkəni kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edəcək.

Onlar turnirə məşqçilər Fyodor Kirillov, Faiq Əsgərov və Anar Məmmədovun rəhbərliyi altında qatılacaqlar.

Xatırladaq ki, bu gün start götürəcək yarış mayın 9-da başa çatacaq.

Bizimlə əlaqə saxlayın

×
×