Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası keçirilib
sizinxeber.az xəbər saytı

Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası keçirilib


Martın 18-də Milli Olimpiya Komitəsinin inzibati binasında qurumun Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası keçirilib.

"Report" xəbər verir ki, toplantının gündəliyində duran əsas məsələlər ötən dövr ərzində həyata keçirilmiş layihələrin hesabatı və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Görüşdə həmçinin komissiya üzvləri öz təkliflərini irəli sürüblər.

Atletlər Komissiyasının əsas məqsədi idmançıların maraqlarını qorumaq, onların hüquqlarını müdafiə etmək və idmançılarla Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynamaqdır.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərirlər.

Oxşar xəbərlər

MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib
Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib
Azərbaycan Milli Olimpiya Komitəsinin iki üzvü AOK-un müxtəlif komissiyalarına üzv seçilib
Atletlər Komissiyasına üzv seçilən güləşçi: "Şərəfli vəzifənin öhdəsindən gəlməyə çalışacağam"
Əfv Komissiyasının iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər